Renat Dadaşov “Bazel”lə oyunda darmadağına üzüldü

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 8-ci turu çərçivəsində “Bazel”lə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə səfərdə qarşılaşıb və darmadağına üzülüb – 1:5. İki oyunçusu meydandan qovulan futbolçumuzun komandası oyunu 9 nəfərlə başa vurub.

Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub. O, 64-cü dəqiqədə, hesab 1:3 olarkən əvəzlənib.

“Qrasshopper” hazırda 12 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: