Renat Dadaşov bu mövsüm 8-ci qolunu vurdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 29-cu turu çərçivəsində “Vintertur”la qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 2:1.

Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da azərbaycanlı hücumçu vurub. O, 45+1-ci dəqiqədə fərqlənib. Nəticədə millimizin forvardı bu mövsüm vurduğu qolların sayını 8-ə çatdırıb.

“Qrasshopper” hazırda 37 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 27 oyuna 8 qol, 2 məhsuldar ötürmə və 9 sarı vərəqə var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: