Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ötən gün İsveçrə Kubokunun 1/32 final mərhələsi çərçivəsində “Şaffhauzen”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb – 4:0. Nəticədə azərbaycanlı futbolçunun komandası 1/16 finala vəsiqə qazanıb.
Renat Dadaşov bu görüşün 70-ci dəqiqəsində, hesab 3:0 olarkən meydana buraxılıb.


