Renat Dadaşov oynadı, komandası lideri darmadağın etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 30-cu turu çərçivəsində lider “Yanq Boyz”la qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 4:1.

Renat Dadaşov bu görüşün 67-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 8 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.

“Qrasshopper” hazırda 40 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 28 oyuna 8 qol, 2 məhsuldar ötürmə və 9 sarı vərəqə var.

Xəbəri sosial şəbəkələrdə paylaş: