Renat Dadaşov oynamadı, komandası “Vintertur”a uduzdu

Futbol üzrə İsveçrə çempionatında 2023/2024 mövsümünün 4-cü turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vintertur”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Qrasshopper” 4 turdan sonra 4 xalla 12 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: