Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 17-ci turu çərçivəsində “Boavişta” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Qarşılaşma 1:1 hesabıyla başa çatıb.
Renat komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 71-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də məhz Dadaşov verib.
“Tondela” 17 turdan sonra 16 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


