Renat Dadaşov “Qrasshopper”i məğlubiyyətdən xilas edə bilmədi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 5-ci turu çərçivəsində “Lutsern”lə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib və məğlubiyyətə üzülüb – 0:1.

Renat bu görüşün 85-ci dəqiqəsində meydana buraxılıb. Bu mövsüm 1 qol vurmuş azərbaycanlı hücumçu bu oyunda fərqlənə bilməyib.

“Qrasshopper” 5 turdan sonra 4 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Renat Dadaşov 2022-ci ilin iyul ayından “Qrasshopper”də forma geyinir. 24 yaşlı forvard indiyə qədər bu komandanın heyətində meydana çıxdığı 40 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: