Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 9-cu turu çərçivəsində “Sürix”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə doğma meydanda qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər – 1:1. 14-cü dəqiqədə məğlub duruma düşən futbolçumuzun komandası fasilədən az sonra buraxılan qolun cavabını verməyi bacarıb.
Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub. O, 53-cü dəqiqədə sarı vərəqə alıb, 84-cü dəqiqədə isə əvəzlənib.
“Qrasshopper” hazırda 13 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.


