Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 13-cü turu çərçivəsində “Sürix”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 4:1.
Renat Dadaşov bu görüşün 78-ci dəqiqəsində meydana buraxılıb.
“Qrasshopper” hazırda 17 xalla 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


