Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 14-cü turu çərçivəsində “Lutsern”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə doğma meydanda qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3.
Renat Dadaşov bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb. O, 90-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Qrasshopper” hazırda 17 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


