Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 2-ci turu çərçivəsində “Lozanna” ilə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. 43-cü dəqiqədə məğlub duruma düşən futbolçumuzun komandası 76-da bərabərlik qolunu vurub.
Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub və 66-cı dəqiqədə əvəzlənib.
“Qrasshopper” hazırda 1 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.


