Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 26-cı turu çərçivəsində “Luqano” ilə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 2:1. Bu, futbolçumuzun komandasının ardıcıl üçüncü qələbəsidir.
Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub və 90+2-ci dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanb.
“Qrasshopper” hazırda 34 xalla 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 24 oyuna 7 qol, 2 məhsuldar ötürmə və 9 sarı vərəqə var.


