Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 27-ci turu çərçivəsində “Yanq Boyz”la qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:2.
Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub və 85-ci dəqiqədə əvəzlənib.
“Qrasshopper” hazırda 34 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 25 oyuna 7 qol, 2 məhsuldar ötürmə və 9 sarı vərəqə var.


