Renat Dadaşov yeni mövsümün ilk matçında 58 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının yeni – 2023/2024 mövsümünün ilk turu çərçivəsində “Servett”lə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 1:3.

Renat Dadaşov bu görüşə start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib. Millimizin forvardı yeni mövsümün ilk rəsmi matçında fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: