Renato Veyqa “Çelsi”də – Rəsmi


Portuqaliyanın U-21 yığmasının və İsveçrənin “Bazel” klubunun yarımmüdafiəçisi Renato Veyqa bundan sonra “Çelsi”nin formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

20 yaşlı portuqaliyalı futbolçu ilə 7+1 illik müqavilə imzalanıb. “Zadəganlar” bu keçidə görə “Bazel”ə 14 milyon avro ödəyiblər.

Renato Veyqa Lissabon “Sportinq”inin yetirməsidir. O, ötən ilin avqust ayında məhz bu klubdan 4,6 milyon avro qarşılığında “Bazel”ə keçmişdi. Gənc yarımmüdafiəçi İsveçrə klubunun heyətində 26 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Veyqa 2022/2024 mövsümünün ikinci hissəsini Almaniyanın “Auqsburq” klubunda icarədə keçirib. O, bu komandanın heyətində 13 oyuna çıxıb.

Portuqaliyanın U-19 və U-20 yığmalarında da oynamış Renato, 2023-cü ilin sentyabrından U-21-də çıxış edir. O, bu komandanın heyətində 7 oyuna 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: