Roy Kin: “Mançester Siti” bu seçimi özü etdi”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin “Mançester Siti”nin maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsinə münasibət bildirib.

Arena.az xəbər verir ki, daha əvvəl “Mançester Siti”nin irəli sürülən 115 ittiham epizodundan 114-ü üzrə təqsirli bilindiyi barədə məlumat yayılıb.

Roy Kin Britaniya mətbuatına açıqlamasında klubun İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsini belə şərh edib:

“Bunun çoxdan baş verməli olduğunu düşünürəm. Tamamilə aydındır ki, bütün bu məsələ artıq neçə ildir davam edir. Klub bu seçimi özü etdi – onlar bilərəkdən aldatmağa getdilər. Son illərdə qazandıqları hər şeyə necə nail olmalarından asılı olmayaraq, bunu ədalətsiz yolla əldə ediblər və indi cəzalandırılmalıdırlar”.

Xatırladaq ki, “Mançester Siti” 2009/10-2017/18 mövsümləri arasında yol verdiyi iddia olunan 100-dən çox maliyyə pozuntusuna görə 2024-cü ilin fevralında ittiham olunub.

Klubun üzləşə biləcəyi mümkün sanksiyalar arasında xal silinməsi, Premyer Liqadan xaric edilmə və qazanılmış titulların ləğvi kimi cəzalar da göstərilir. Bununla belə, konkret sanksiyalar hələ təsdiqlənməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: