Rüfət Quliyev: “Uğurlu seriyanı davam etdirmək istəyirik”

“Araz Saatlı”nın baş məşqçisi Rüfət Quliyev Birinci Liqanın 20-ci turunda “İrəvan”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, bu görüş “pambıqçılar”ın 4:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın baş məşqçisi ilə əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik. Rüfət Quliyev Arena.az-a açıqlamasında bunları dilə gətirdi:

“Əla qələbə oldu. Komanda ardıcıl iki oyunda qələbə qazanıb. Gənclərə təşəkkür edirəm. Son iki oyunun hərəsində dörd qolun vurulması əhval-ruhiyyəni yüksəldib. Uğurlu seriyanı davam etdirmək istəyirik. Növbəti oyunumuz “Difai Ağsu”ya qarşıdır. Bu matç bizim üçün önəmlidir. Onlarla olan üç xallıq fərqi aradan qaldırmaq istəyirik. Ümid edirik ki, qələbə seriyasını davam etdirə biləcəyik”.

Xatırladaq ki, Saatlı təmsilçisi daha öncə “Mingəçevir”i də öz meydanında 4 cavabsız qolla yenmişdi.

Nahid Ustaclı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: