Ryonosuke Ohori “Kəpəz”də

“Neftçi”nin yaponiyalı mərkəz yarımmüdafiəçi Ryonosuke Ohori bundan sonra Premyer Liqanın digər klubu “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Kəpəz” Ohorini bu mövsümün sonunadək icarəyə götürüb.

Ryonosuke Ohori bu ilin əvvəlindən “Neftçi”də çıxış edirdi. 24 yaşlı futbolçunun paytaxt klubu ilə 2027-ci ilin 30 iyununadək müqavilə imzalanıb. Yaponiyalı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. O, karyerası ərzində “Portimonense”, “Dauqavpils”, “SRC Hiroşima”, “Qyonqnam” kimi klublarda da forma geyinib. Ohorinin “Neftçi”dən əvvəlki sonuncu klubu isə “Transinvest” (Litva) olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: