“Səbail” Boluda son yoxlama oyunundan qalib ayrıldı

2026/2027-ci illər mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” qonşu ölkədə son yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Respublikası təmsilçisi “Mağusa” ilə üz-üzə gəlib.

Qarşılaşma “dənizçilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Aldo Xosue Qomes Soares (Dinyo) dubla imza atıb.

Bununla da “Səbail” Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Sözügedən komanda buna qədər Şimali Kipr Türk Respublikasının digər təmsilçisi TOL üzərində də 1:0 hesablı qələbəyə sevinmişdi. Türkiyənin “Sakaryaspor” komandası ilə görüşdə isə qalib müəyyənləşməmişdi – 1:1.

Qeyd edək ki, “dənizçilər”i Birinci Liqanın 2026/2027-ci illər mövsümünün ilk turunda “Xankəndi” ilə səfər oyunu gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: