“Səbail” “Neftçi” ilə səfər matçına neçə itki ilə çıxacaq?

“Səbail” futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq.

“Dənizçilər” bu görüşə itkilərlə çıxacaq.

Bunu Arena.az-a açıqlamasında sözügedən klubun sözçüsü Rəşad Məmmədov deyib:

“Cəzalı oyunçu yoxdur. Zədəli isə uzun müddət komandaya kömək etməyəcəyi öncədən bilinən Ağabala Ramazanov və David Qomisdir”.

Xatırladaq ki, cümə günü reallaşacaq “Neftçi” – “Səbail” qarşılaşmasına saat 19:00-da start veriləcək.

Nahid Ustaclı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: