“Səbail” qış fasiləsində bir yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Səbail” komandasının qış hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, “dənizçilər” mövsümün ikinci yarısının hazırlığına yanvarın 3-də başlayacaqlar.

Təlim-məşq toplanışı “Bayıl Arena”da baş tutacaq. Komanda hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək. Matç yanvarın 11-də baş tutacaq. Görüşün məkanı və saatı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Xatırladaq ki, “Səbail” Azərbaycan Premyer Liqasının cari mövsümündə keçirdiyi 18 oyunda cəmi 2 qələbə qazanıb, 3 heç-heçə edib, 13 oyunda isə məğlub olub. 9 xala malik paytaxt təmsilçisi 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: