“Səbail” Tural Bayramlı ilə gücləndi

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Azərbaycanın U-21 yığmasının sabiq yarımmüdafiəçisi Tural Bayramlını heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə müqavilənin müddəti bu mövsümün sonuna kimi nəzərdə tutulub. Bayramlı yeni komandasında 30 nömrəli formanı geyinəcək.

Tural Bayramlı peşəkar karyerasına “Sumqayıt”da başlayıb. Daha sonra o, Latviyanın “Dauqavpils” klubunda legioner həyatı yaşayıb. 2019/20 mövsümündə “Keşlə”yə cəlb olunan yarımmüdafiəçi ötən mövsümü də “Zirə”də keçirmişdi. Turalın son iş yeri Yunanıstanın aşağı liqa təmsilçisi “Pierikos” olub.

“Səbail” bu qış heyətinə sadəcə iki qapıçı cəlb etmişdi. “Dənizçilər” Rəşad Əzizli (“Zirə”) və Hüseynəli Quliyev (“Sumqayıt”) ilə müqavilə bağlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: