2025/2026 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” dayaq yarımmüdafiəçisi Səbayıl Bağırov ilə güclənib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Bağırov yeni klubuna azad agent kimi qoşulub.
Xatırladaq ki, Səbayıl Bağırov 2024-cü ilin əvvəlindən “Şamaxı”nın uğurları üçün çalışırdı. 30 yaşlı futbolçunun əyalət klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi mövcud idi. Lakin klub bir müddət onunla müqaviləyə xitam verildiyini açıqlamışdı.
Bağırov “Şamaxı”nın heyətində 21 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, daha öncə “Turan Tovuz”, “Diyarbəkir Yolspor”, “Siirtspor” və “Denizli Bələdiyyəspor” kimi klublarda da çıxış edib.


