“Keşlə”nin futbolçusu Şəhriyar Əliyev Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib. Arena.az xəbər verir ki, bu, ölkə çempionatının 14-cü turuna təsadüf edib.
“Sumqayıt”la səfərdəki qarşılaşma müdafiəçi üçün yubiley xarakteri daşıyıb. Komandası onun yubiley matçında 3:1 hesablı qələbəyə imza atıb.
Şəhriyar Əliyev Azərbaycan çempionatında 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edib. O, bu komandada 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Keşlə”də 34 (2 qol) dəfə şans qazanıb.


