Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni açıqladığı reytinq cədvəlində iki pillə irəliləyib.
Arena.az bu barədə FIDE-nin rəsmi saytına istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov hazırda 14-cü pillədə qərarlaşıb. Təcrübəli qrossmeysterin hesabında 2742 reytinq xalı var.
Digər şahmatçılarımızdan Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2655) 62-ci, Eltac Səfərli (2630) 100-cü yerdədir.
Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2839) başçılıq edir.
Qadınlar şahmatçılarımızdan Ülviyyə Fətəliyeva (2410) 35-ci pilləyədək irəliləyə bilib. Günay Məmmədzadə (2390) 51-ci, Gövhər Beydullayeva (2362) 73-cü, Xanım Balacayeva (2351) 87-cidir.
Qadın şahmatçıların sıralamasında çinli Hou İfan (2617) liderdir.
Dünyanın ən yaxşı 10 kişi şahmatçısı:
- Maqnus Karlsen (Norveç, 2839 xal)
- Hikaru Nakamura (ABŞ, 2816 xal)
- Fabiano Karuana (ABŞ, 2789 xal)
- Arjun Erigaisi (Hindistan, 2773 xal)
- Rameşbabu Praqnanandha (Hindistan, 2771 xal)
- Alirza Firuzca (Fransa, 2762 xal)
- Aniş Giri (Niderland, 2759 xal)
- Uesli So (ABŞ, 2756 xal)
- Vinsent Keymer (Almaniya, 2755 xal)
- Vey Yi (Çin, 2754 xal)
Dünyanın ən yaxşı 10 qadın şahmatçısı:
- Hou İfan (Çin, 2617 xal)
- Çju Tziner (Çin, 2569 xal)
- Lei Tsinze (Çin, 2566 xal)
- Tzu Ventzun (Çin, 2564 xal)
- Aleksandra Qoryaçkina (Rusiya, 2541 xal)
- Humpi Koneru (Hindistan, 2535 xal)
- Tan Çjuni (Çin, 2532 xal)
- Anna Muzıçuk (Ukrayna, 2525 xal)
- Katerina Laqno (Rusiya, 2517 xal)
- Bibisara Assaubayeva (Qazaxıstan, 2513)


