Şəhriyar Rəhimov karyerasını başa vurdu

Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov karyerasını bitirmək qərarına gəlib. Arena.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi “Səbail” klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı müdafiəçinin karyerasını başa vurmasına davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları səbəb göstərilir. Bu üzdən də təcrübəli futbolçu bir daha rəsmi oyuna çıxmayacaq.

Şəhriyar Rəhimov 2018/2019, 2019/2020, 2021/2022 mövsümündə “Səbail”in formasını geyinib. Bu komandada ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl “İnter”, “Karvan”, AZAL, “Rəvan” və “Kəpəz” klublarında da çıxış edib. Rəhimov Azərbaycan millisində 9 oyun keçirib.

Xatırladaq ki, bu ilin əvvəlində “Səbail”in daha bir təcrübəli futbolçusu – qapıçı Kamran Ağayev də karyerasını başa vurmağa qərar vermişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: