Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun 5 raundundan sonra turnir cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, “New In Chess” adlı 5-ci mərhələdə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov xallarının sayını 21-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.
1/4 final mərhələsində Maqnus Karlsenə uduzan Teymur Rəcəbov isə 109 xalla üçüncüdür. Məmmədyarovun sonuncu yarışdan qazancı 8 500, Rəcəbovun isə 5 min ABŞ dolları olub. Onlar ümumilikdə Çempionlar Turundan müvafiq olaraq 13 min 500 və 78 min 500 ABŞ dolları əldə edib.
Çempionlar Turunun 6-cı mərhələsi mayın 23-də start götürəcək.
Xatırladaq ki, Teymur Rəcəbov Çempionlar Turunun 2-ci mərhələsində qalib, 3-cü mərhələsində isə üçüncü olub.




