Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” ölkə çempionatında 100-cü ev qoluna imza atıb.
Arena.az xəbər verir ki, bu yubiley qolunun müəllifi Boyan Letiç olub.
O, Azərbaycan Premyer Liqasının 3-cü turunda fərqlənib. Letiç “Neftçi” ilə görüşdə (1:1) komandasının yeganə qoluna imza atıb.
2018/2019 mövsümündən Premyer Liqada mübarizə aparan “Sabah” 100-cü qolu 71-ci ev matçında vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,41-dir.
Qeyd edək ki, “Sabah” çempionatın tarixinə öz meydanında 100 və daha çox qol vuran 22-ci komanda kimi düşüb.


