“Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Arena.az xəbər verir ki, mövsümün qalan hissəsinə Türkiyənin Antalya bölgəsində hazırlaşan komanda bu gün ilk məşqinə çıxıb.
Belekdəki “Hüseyn Aygün” təlim-məşq bazasında baş tutan hazırlıqda futbolçular məşqçilərin verdiyi müxtəlif fiziki və taktiki təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, “Sabah” yanvarın 4-15-i aralığında Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq. Hazırlıq çərçivəsində 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “bayquşlar” bu mövsüm 18 oyuna topladıqları 22 xalla 10 komanda arasında 8-ci sırada qərarlaşıblar. Komanda mövsümün ilk iki dövrəsində 6 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.



