“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Bosniya və Herseqovinadan olan müdafiəçi Boyan Letiçi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Boyan Letiç karyerası ərzində Bosniya və Herseqovinanın “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib. Onun son klubu İspaniya “Mirandes”i (2020-2022) olub.
“Sabah” bu qış fasiləsi dönəmində Aleksandr Neçayev (“Rux”, Belarus), Kristian da Silva Fil (“Koimbra”, Portuqaliya) və Hiqor Qabrieli (“Rio Branko”, Braziliya) də transfer etmişdi.


