“Sabah” Con İrasabal ilə gücləndi

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu ispaniyalı müdafiəçi Con İrasabalı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq 25 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1+2 ildir.

Con İrasabal karyerası ərzində İspaniyanın “Vitoriya” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta” (2020-2022) klublarında çıxış edib.

Con İrasabal “Sabah”da 19 nömrəli formada çıxış edəcək.

“Sabah” daha öncə Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov, Nicat Mehbalıyev və Namik Ələskərovu da transfer etmişdi. Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov, Bəxtiyar Həsənalızadə və Ceyhun Nuriyevlə də yeni müqavilə imzalanıb. Samir Məhərrəmli, Veysəl Rzayev və Şakir Seyidovu icarəyə verən paytaxt klubu, Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes, Səlahət Ağayev, Xuan Kamara və Mixail Erqemlidze ilə də yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: