“Sabah” loqosunu yenilədi – Foto

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) mübarizə aparan “Sabah” klubunun loqosunda dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni loqoda top elementi klubun simvolu olan bayquşla əvəz olunub.

Əvvəlki variantda istifadə olunmuş kənar xətlərin sayı azaldılaraq, loqo maksimum sadələşdirilib.

Bundan sonra “Sabah” adı altında fəaliyyət göstərən bütün klublar vahid loqo ilə təmsil olunacaq.

Qeyd edək ki, loqoda yer alan bayquş müdriklik və intellekti simvolizə edir. Günəş – yeni gün, yeni ümidlər və gələcəyin nişanıdır. Qalxan – cəsarət, inam və məğlubedilməzlik simvoludur. Çəhrayı rəng isə Masazır gölünün rəngini özündə əks etdirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: