“Sabah” nigeriyalı hücumçu transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu nigeriyalı hücumçu Emmanuel Apehi transfer edib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Emmanuel Apeh karyerası ərzində İspaniyanın “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon” (2021/22) klublarında oynayıb. Nigeriyalı futbolçu yeni komandasında 90 nömrəli formada çıxış edəcək.

“Sabah” daha öncə Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov, Namik Ələskərov, Con İrasabal və Abdulaye Banı transfer etmişdi. Nicat Mehbalıyev “Qəbələ”dən icarədən qayıdıbsa, Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov, Bəxtiyar Həsənalızadə və Ceyhun Nuriyevlə də yeni müqavilə imzalanıb. Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes, Səlahət Ağayev, Xuan Kamara, Mixail Erqemlidze və Lukas Rangel komandadan ayrılıb. Həmçinin Samir Məhərrəmli “Kəpəz”ə), Veysəl Rzayevlə Şakir Seyidov isə “Turan Tovuz”a icarəyə verilib.