“Sabah” qışda Antalyada hazırlıq keçəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə uğursuz çıxış edən “Sabah”ın qış hazırlıq planı bəlli olub.

Arena.az xəbər verir ki, sözügedən komanda yanvarın 4-dən 15-nə qədər Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.

Qeyd edilən müddətdə komanda “Titanic Deluxe Belek” hotelində məskunlaşacaq.

Toplanış çərçivəsində 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Xatırladaq ki, “Sabah” bu mövsüm 18 oyuna topladığı 22 xalla 10 komanda arasında 8-ci sırada qərarlaşıb. “Bayquşlar” mövsümün ilk iki dövrəsində 6 qələbə qazanıblar, 4 heç-heçə ediblər, 8 məğlubiyyətə üzülüblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: