“Sabah” üçün 50-ci “quru” oyun

Futbol üzrə Azərbaycan çempionatının 2023/2024 mövsümündə uğursuz çıxışı ilə seçilən “Sabah” Premyer Liqada 50-ci “quru” oyununu keçirib.

Arena.az xəbər verir ki, Bakı klubu 20-ci turun “Zirə” ilə səfər matçında qapısını toxunulmaz saxlayıb – 1:0.

2018/2019 mövsümündən Premyer Liqada mübarizə aparan paytaxt təmsilçisi 161-ci qarşılaşmada “100”ü yarılayıb. “Bayquşlar” evdə 23, səfərdə 27 görüşü qol buraxmadan tərk ediblər. Bakı təmsilçisi ölkə çempionatlarında 50 və daha çox quru oyun keçirən 21-ci komandadır.

“Sabah”ın Premyer Liqada qol buraxmadığı ilk matç 2018-ci il avqustun 12-də baş tutub. Həmin gün “Şamaxı” üzərində 1:0 hesablı səfər qələbəsi əldə olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: