“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Azərbaycan əsilli rusiyalı yarımmüdafiəçi İldar Ələkbərovu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı vingerlə 2 illik müqavilə imzalanıb.
“Zenit” Futbol Akademiyasının yetirməsi olan İldar, karyerası ərzində Rusiyanın “Stroqino” (Moskva) və “Nefteximik” (Nijnekamsk) komandalarında çıxış edib.


