Sadıqovla Quliyev oynadı, “Ximki” “Soçi”yə də uduzdu

Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 17-ci turu çərçivəsində baş tutan “Soçi” ilə qarşılaşmanın iştirakçısı olub.

“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Ayaz Quliyev start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Ximki”nin digər azərbaycanlı futbolçusu İlya Sadıqov da “Soçi” ilə görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.

“Ximki” 17 turdan sonra 12 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: