“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” 0:1 – Video

Azərbaycan Kubokunun 2-ci mərhələsinin “Şahdağ Qusar” – “Qaradağ Lökbatan” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Şamaxıda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
29 noyabr

“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” 0:1
Qol: Sultan Mustafayev, 60.
Sarı vərəqələr: Coşqun Qorçiyev, 39 (qeyri-idman hərəkəti). Mübarək Şaquliyev, 73 (qeyri-idman hərəkəti) – Kənan Cəfərov, 53 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 13:30. Şamaxı OİK stadionu. 20 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Samir Qaracayev.
Dördüncü hakim: İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.

Şahdağ Qusar: 1. Babək Allahverdiyev, 14. Rahid Əmirquliyev (k), 3. Əlimirzə Daşzərini, 88. Mehdi Rəsulov, 11. Tural Qurbatov, 38. Mübarək Şaquliyev, 71. İlqar Hüseynov, 7. Salman Atluxanov (17. Nicat Abbasov, 85), 77. Coşqun Qorçiyev (27. Kamran Qürbətov, 46), 4. Rubin Seyidov, 21. Ruslan Ağalarov.
Ehtiyat oyunçular: 99. İlkin Hacıxanov, 8. Fərman Qənbərov, 19. Samir Şixzadayev, 16. Denis İsmixanov, 30. Ruslan Kiçibəyov.
Baş məşqçi: Bəhram Şaquliyev.

Qaradağ Lökbatan: 25. Əmrah Zülfüqarlı, 77. Sərxan Abdullayev, 8. Ürfan İsmayılov (k), 5. Murad Qayalı, 6. Xəyal Tomarov, 17. Kənan Cəfərov (19. Mehdi Həşumov, 58), 33. Fərid Mahmudov (7. Sultan Mustafayev, 58), 44. Cavidan Rəhimli, 9. Xəlil Bəşirov (88. Tunar Mütəlimov, 90), 11. Seyxan Fərəcov, 15. Mehdi Tahirov.
Ehtiyat oyunçular: 90. Cavidan İzzətli, 21. Novruz Məmmədov, 22. Mehman Məsimov, 3. İsa İsayev, 4. Asif Məmmədov, 14. Orxan Əliyev, 27. Mircamal Əlizadə.
Baş məşqçi: Azər Həşimov.