Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünü 7-ci sırada bitirmiş “Şamaxı” komandasının yay hazırlıq planı məlum olub.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 5-də Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-də bitəcək.
Komanda hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların vaxtı hələlik məlum deyil.


