Azərbaycan Premyer Liqasının 18-ci turunun “Şamaxı” – “Sabah” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
18-ci tur
22 dekabr
“Şamaxı” – “Sabah” 3:1
Qollar: Edqar Adilxanov, 23. Belaydi Pusi, 55. Leroy Mikels, 62 – Pavol Şafranko, 38.
Sarı vərəqələr: Rikardo Fernandes, 90+2 (oyunun bərpasının ləngidilməsi). Vasili Bakiç, 90+3 (qeyri-idman hərəkəti) – Amin Seydiyev, 72 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 14:00. Şamaxı şəhər stadionu, 1000 tamaşaçı.
Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev.
Dördüncü hakim: Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (80. Zahid Mərdanov, 90), 5. Arsen Ağcabəyov (60. Səbayıl Bağırov, 53), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov (11. Conatan Benteke, 80), 32. Vasili Radenoviç, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 9. Belaydi Pusi (22. Qurban Səfərov, 90), 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 10. Emin Zamanov, 13. Ramin Əhmədov, 19. Fəxri Məmmədli.
Baş məşqçi: Ayxan Abbasov.
Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov (k) (6. Abdulla Xaybulayev, 63), 17. Tellur Mütəllimov (12. Vensan Till, 73), 9. Anatoli Nuriyev (2. Amin Seydiyev, 46), 8. Ayaz Quliyev, 7. Boyan Letiç (20. Coy Lens Mikels, 63), 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris (99. Neqoş Kupusoviç, 78).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 44. Sofian Çakla.
Baş məşqçi: Vasili Berezutski.