“Şamaxı” “Şimal”la bacarmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” komandası fasilə dönəmində yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, milli komandaların oyunları çərçivəsində ölkə çempionatında yaranmış fasilədən istifadə edən elita təmsilçisi Birinci Liqada mübarizə aparan “Şimal”la yoxlama oyunu keçirib.

Şamaxı şəhər stadionunda keçirilmiş bu oyunda qalib müəyyənləşməyib. Tərəflər meydanı qolsuz tərk ediblər.

Xatırladaq ki, “Şimal” Birinci Liqanın 2025/2026-cı illər mövsümünün aşkar autsayderidir. Komanda keçirdiyi 7 oyundan heç birində qələbə qazana bilməyib. Əyalət təmsilçisi 2 heç-heçə etdiyi halda 5 məğlubiyyətə üzülüb.

Premyer Liqa təmsilçisinə gəlincə, Ayxan Abbasovun çalışdırdığı komanda 11 oyuna topladığı 13 xalla 12 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Əyalət təmsilçisi 11 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: