Azərbaycanın U-21 yığmasının baş məşqçisi Samir Əliyev AÇ-2025-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, seçmə mərhələnin F qrupu çərçivəsində Bakıdakı “Azərsun Arena”da baş tutan qarşılaşma rəqib komandanın 1:0 hesablı qələbəsiylə başa çatıb.
Qarşılaşmadan sonra Samir Əliyev bunları söyləyib:
“Futbolçularımın əziyyətinə heyfim gəlir. Bu gün rəqibdən üstün, yaxşı futbol oynadılar. Rəqibi təhlil etmişdik. Hansı mövqelərdə üstün olduğunu bilirdik. Təəssüf ki, standart vəziyyətdən sonra qol buraxdıq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hətta penaltidən istifadə edə bilmədik. Bu oyunu unudub qarşıdakı Lüksemburqla matça hazırlaşmalıyıq. Növbəti qarşılaşmada qələbə qazanmaq lazımdır”.


