Samir Əliyev: “Ukraynaya qarşı tam fərqli oynayacağıq”

Azərbaycan U-21 yığmasının baş məşqçisi Samir Əliyev Bakıda Latviya yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Rəsmi oyunöncəsi heyətə dəvət etdiyimiz futbolçuları yoxlamaq imkanı qazandıq. Qapıçı da daxil olmaqla 11 əvəzetmədən istifadə etdik. Düzdür, bəzilərini məcburiyyətdən etdik, çünki meydanda daxil olduqdan bir müddət sonra zədələndilər. Durumları barədə sabah dəqiq məlumatımız olacaq. İstənilən halda hamısı bizimlə İspaniyaya gedəcək. Ukrayna ilə matça gəldikdə, tam fərqli oyunayacağıq. Rəqib qrupun lideri, İngiltərə kimi komandaya 3 qol vurmuş komandadır. Beşli müdafiə sistemini də Ukraynaya uyğun seçmişdik”.

Qeyd edək ki, millimiz AÇ-nin seçmə mərhələsində noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda Ukrayna yığması ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: