Semir Bukviç – “Araz-Naxçıvan”ın yeni qapıçısı

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan”ın əsas qapıçısı Semir Bukviç olacaq.

Arena.az xəbər verir ki, transfer çalışmalarını davam etdirən Naxçıvan klubu bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı qapıçı ilə anlaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, 1.88 sm boya malik 32 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Semir Bukviç son olaraq vətənində “Sloboda” (Tuzla) klubunun formasını geyinib. O, 2021-ci ildən oynadığı bu komandada 62 oyuna çıxıb, 72 qol buraxıb. Təcrübəli qolkiperin hesabında 16 “quru” matç da var. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı yaşayıb. O, bu ölkədə “Varta”nın (Poznan) uğurları üçün çalışıb. Bukviçin formasını geyindiyi komandalar arasında “Mladost”, “Travnik”, “Çelik”, “Olimpik” (Sarayevo), “Jelezniçar” da var.

Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər daha iki legioner futbolçu transfer etmişdi. Portuqaliyalı Nuno Rodriqes və braziliyalı Vandersonla da 1 illik müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: