DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan milli komandasının qonağı olacaq Serbiya yığması Bakıya yola düşüb.
Arena.az xəbər verir ki, millimizin rəqibi bu gün günorta saatlarında Belqradı tərk edib və Bakıya yollanıb.
Qeyd edək ki, Azərbaycan millisi ilə Serbiya yığması arasındakı qarşılaşma martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.






