“Sevilya” fransalı müdafiəçi ilə gücləndi

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi fransalı müdafiəçi Loik Badeni heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu Fransanın “Renn” klubundan satınalma şərti ilə icarəyə götürülüb. “Sevilya” bu mövsümün sonunda 10 milyon avro ödəməklə Badeni birdəfəlik transfer edəcək. Onunla 2026-cı ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Loik Bade peşəkar karyerasına “Havr”da başlayıb. “Lans”da da oynamış müdafiəçi 2021-ci ilin iyulundan “Renn”də çıxış edirdi. O, bu ilin sentyabrından dekabrına kimi İngiltərənin “Nottingem Forest” klubunda da icarədə olub. Bade Fransanın U-21 yığmasında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: