Şeydayevin komandası kuboka qələbə ilə başladı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası “Buriram Yunayted” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Tailand Liqa Kubokunun ilk təsnifat mərhələsi çərçivəsində “Udon Yunayted”lə qarşılaşıb.

“Buriram Yunayted” bu rəqiblə səfərdə qarşılaşıb. Altı qolun qeydə alındığı oyun futbolçumuzun komandası üçün uğurlu alınıb. 4:2 hesabıyla qalib gələn “Buriram Yunayted” növbəti mərhələyə yüksəlib.

Şeydayevə bu oyunda ehtiyac duyulmayıb. 27 yaşlı azərbaycanlı hücumçuya əsas heyətin əksər üzvləri kimi istirahət verilib.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 15 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: