“Şimal” “Qaradağ Lökbatan”a qarşı

Bu gün “Şimal” və “Qaradağ Lökbatan” komandaları Birinci Liqada çıxış etmək uğrunda pley-off matçında üz-üzə gələcəklər.

Arena.az xəbər verir ki, Şamaxıda baş tutacaq həlledici oyunu Kamal Umudlu idarə edəcək.

Ona yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elvin Bayramov yerinə yetirəcək. Fərid Hacıyev VAR-da, Şirmamed Mamedov AVAR-da fəaliyyət göstərəcək.

Şamaxı şəhər stadionunda təşkil ediləcək oyuna saat 16:00-da start veriləcək.

Xatırladaq ki, “Şimal” cari mövsümdə Birinci Liqanı 11-ci, “Qaradağ Lökbatan” isə İkinci Liqanı 2-ci pillədə başa vurub.

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyunu
27 may

“Şimal” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: