“Şimal” üçün moldovalı və monteneqrolu hakimlər

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal”ın ilkin mərhələnin B qrupundakı oyunlarının hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

UEFA Azərbaycan çempionunun “Football School Bridge” (Gürcüstan) ilə görüşünü monteneqrolu, “Qothenburq”la (İsveç) matçını isə moldovalı baş hakimə həvalə edib.

Qeyd edək ki, qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil olunacaq.

28 iyun

19:00. “Football School Bridge” – “Şimal”
Baş hakim: Miloş Boşkoviç (Monteneqro).
Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva).
Dördüncü hakim: Robertas Valikonis (Litva).

1 iyul

19:00. “Şimal” – “Qothenburq”
Baş hakim: Dumitri Muntyan (Moldova).
Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro).
Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: