49 yaşlı italyan mütəxəssis Simone İnzaqi Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”ın sükanı arxasına təyinatını şərh edib.
Arena.az “Əl-Hilal”ın rəsmi saytına istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“İtaliya hüdudlarından kənarda karyeramın yeni mərhələsinə başlamağa şadam. Mənim üçün “Əl-Hilal” böyük imkanı təcəssüm etdirir. Mən ərəb futbolunu çoxdan izləyirəm və klubu yaxşı tanıyıram, xüsusilə “Latsio” və “İnter”lə oyunlar sayəsində. Mənim məqsədim – fəallıq və məqsədyönlülük əsasında qərar tutmuş öz oyun üslubumu tətbiq etməklə qalib gəlmək, qənimətlər qazanmaqdır. Burada uzun müddətə qalmaq və klubu tarixi nailiyyətlərə gətirmək istəyirəm”, deyə İnzaqi vurğulayıb.
“Əl-Hilal” Simone İnzaqi ilə 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. İtalyan mütəxəssis vergilərin çıxılmasından sonra mövsümə 26 milyon avro məbləğində qazanc götürəcək.
Xatırladaq ki, Simone İnzaqi daha əvvəl “İnter” və “Latsio”nu çalışdırıb. İnzaqi İtaliya futbolunun ən perspektiv məşqçilərindən hesab edilir, daha əvvəl çalışdırdığı “İnter”lə Avropa futbolunun zirvələrini fəth edəcəyi gözlənilirdi. Amma göründüyü kimi, İnzaqi ərəb futbolunu seçdi.


